AZ

Zelenski müharibənin ötən il Ukraynaya vurduğu ziyanı açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Kir Starmerlə birgə mətbuat konfransı zamanı deyib ki, hərbi münaqişə 2024-cü ildə Kiyevə 100 milyard dollardan çox ziyan vurub.

Zelenskinin sözlərinə görə, Kiyev ABŞ və Avropa İttifaqının dəstəyini itirə bilməz, lakin Ukraynanın töhfəsini də nəzərdən qaçırmaq olmaz.

“2024-cü il müharibəsi Ukraynaya müdafiə qüvvələrini təmin etmək baxımından 100 milyard dollardan çox baha başa gəldi ki, bunun da 40 milyardı Ukraynanın, 35 milyard dolları ABŞ-ın, 25 milyardı isə Avropanın payıdır”, ? deyə Zelenski bildirib.

Seçilən
1
2
banker.az

10Mənbələr