"Siyasi iradə olarsa, Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında görüş təşkil oluna bilər".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Pavel Zarubinin Putinlə mümkün görüşlə bağlı sualını cavablandırarkən deyib.
"İstəsəniz, hər şey mümkündür, hansısa təmas qurmaq üçün siyasi iradə olarsa, onların görüşü baş tuta bilər", - deyə Rusiya XİN rəsmisi qeyd edib.