AZ

Bakıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlandı - FOTO

Paytaxtın Sabunçu rayonu, Sülh küçəsi, ev 4D ünvanında fəaliyyət göstərən "Bəyaz" şadlıq sarayında yoxlama aparılıb.

Korrespondent.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, fiziki şəxs Elnarə Seyidəhməd qızı Zahirovaya məxsus müəssisədə yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ tələblərin pozulması faktları müəyyən edilib.

Belə ki, qida təhlükəsizliyi reyestrindən çıxarışı olmadan fəaliyyət göstərən müəssisədə aşkar saxtalaşdırma əlamətləri olan 62 ədəd hər biri 700 ml "Organic" əmtəə nişanlı premium araqlarının satışının həyata keçirildiyi məlum olub. Həmin məhsulların üzərində qanunvericiliyə uyğun olaraq tam, dolğun şəkildə markalanma aparılmayıb.

Uyğunsuzluq aşkarlanan məhsullardan nümunələr götürülüb. Sınaqların aparılması məqsədi ilə laboratoriyaya təqdim edilib.

Faktla bağlı müvafiq tədbirlər görülüb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən saxta, istifadəyə yararsız məhsulların satışının qarşısı alınaraq dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
1
46
korrespondent.az

10Mənbələr