Böyük Britaniyanın Baş naziri Key Starmerin Kiyevə səfəri zamanı Böyük Britaniya və Ukrayna arasında siyasi əməkdaşlıq, azad ticarət və strateji tərəfdaşlıq haqqında 100 illik müqavilə imzalanıb.
Tribunainfo.az xəbər verir ki, saziş tərəflərin müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməsini nəzərdə tutur. Bundan əlavə, Baltik, Qara və Azov dənizlərində təhlükəsizliyi gücləndirmək üçün yeni struktur vasitəsilə ölkələr arasında hərbi əməkdaşlığı təşviq edəcək. Enerji, iqlim və təmiz enerjiyə keçid sahələrində əməkdaşlığın gücləndirilməsi də nəzərdə tutulur.
Starmer həmçinin bildirib ki, 2025-ci ildə Böyük Britaniya Ukraynanı Danimarka tərəfindən maliyyələşdirilən yeni mobil hava hücumundan müdafiə sistemi ilə təmin edəcək və Ukrayna qoşunlarına təlim keçməyə davam edəcək. Bildirilib ki, təxminən üç il ərzində 50 mindən çox ukraynalı hərbçi artıq Böyük Britaniyada təlim keçib.
Bundan əlavə, Starmerin sözlərinə görə, Böyük Britaniya artıq Ukraynaya hərbi yardım üçün üç milyard funt sterlinq ayırıb və dondurulmuş Rusiya aktivlərinin faizləri hesabına qarşılanacaq 2,2 milyard funt sterlinq kredit ayırmağa hazırlaşır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta