Gənclər və idman naziri Fərid Qayıbov sosial media hesabında işdən çıxarılan müavini Mariana Vasileva ilə fotosunu paylaşıb. Manset.az xəbər verir ki, foto nazirin feysbuk hesabının hekayə hissəsində paylaşılıb. Nazir fotoya heç bir şərh yazmayıb. Qeyd edək ki, Mariana Vasileva bu gün gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib. O, 2021-ci ildə Fərid Qayıbovun müavini təyin olunmuşdu.