AZ

BANM tələbələri Portuqaliyada təhsil alırlar

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 2 tələbəsi mübadilə proqramı çərçivəsində Portuqaliyanın Braqança Politexnik İnstitutunda təhsil alır.

“İki sahil” xəbər verir ki, neft və qaz texnologiyaları ixtisasının I kurs magistr tələbələri Həqiqət Quluzadə və Aysel Novruzlu 2024/2025-ci tədris ilini həmin universitetdə davam etdirirlər.

BANM tarixində ilk dəfə olaraq magistratura səviyyəsində Portuqaliyanın Braqança Politexnik İnstitutundan tələbələr iki diplom alacaqlar.

Daha sonra onlar təhsillərini BANM-də davam etdirərək məzun olacaqlar.  Bununla yanaşı, hər iki tələbə ümumilikdə 10140 avro məbləğində qrant qazanıblar.

Seçilən
3
2
ikisahil.az

3Mənbələr