1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"1948-1953-cü illərdə Qərbi azərbaycanlılar doğma torpaqlarından köç etmək məcburiyyətində qaldılar. Demoqrafik vəziyyəti güc yolu ilə dəyişməyə cəhd edən bu siyasət Çar Rusiyasından sonra Sovet İttifaqı dövründə də davam etdirilib".
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalının efirində müzakirələr aparılıb.
Bildirilib ki, Qərbi Azərbaycan dramı 200 il bundan əvvəl başlayıb. XIX əsrin əvvəllərində İrəvan xanlığının Çar Rusiyası tərəfindən işğalı ilə bölgədə demoqrafik vəziyyət zorla dəyişdirilməyə başlanılıb. Bölgəyə başqa yaşayış məntəqələrindən köçürülən erməni əhalisi burada məskunlaşmağa, müsəlman türk əhalisi sıxışdırılmağa başlayıb.
Bu siyasət Sovet İttifaqı dövründə də davam etdirilib. Bölgədəki türkcə yer adlarının demək olar ki, hamısı dövlət qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəzlənib, azərbaycanlılara məxsus dini və tarixi abidələr dağıdılıb.
Beləliklə də, XIX əsrdən bəri azərbaycanlılar öz yurd-yuvalarından didərgin düşüblər. Bölgənin erməniləşdirilməsi XX əsr boyu da davam edib.
Daha ətraflı "Haber Global"ın videomaterialında: