AZ

Mərkəzi Bank "Qayalı İnşaat"ı inzibati məsuliyyətə cəlb etdi

Mərkəzi Bank "Qayalı İnşaat" şirkəti barəsində inzibati protokol tərtib edib. 

Hit.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü  (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham irəli sürülüb.

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq.  Yanvarın 30-na iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

İclas hakim Anar İbadzadənin sədrliyi ilə keçiriləcəck. 

430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Abbas
 

Seçilən
2
19
hit.az

10Mənbələr