Gələn həftə Avropa Parlamentində (AP) “Gürcüstanda siyasi xaos” mövzusunda debat keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə AP-nin mətbuat xidməti məlumat yayıb.
Debatın tarixi hələ açıqlanmasa da, “Azadlıq radiosu”nun Avropa üzrə redaktoru Rikard Jozviak müzakirələrin yanvarın 21-də aparılacağını bildirib.
Onun məlumatına əsasən, Gürcüstanla bağlı qətnamə üzrə səsvermə isə AP-nin fevral sessiyasının ilk iclasında baş tutacaq.
Qeyd edək ki, AP-də sonuncu dəfə Gürcüstan əleyhinə qətnamə ötən ilin noyabrında qəbul edilib. Gürcüstanın baş naziri İrakli Kobaxidze qurumun ölkə ilə bağlı bütün qətnamələrini dəyərsiz kağız parçası adlandırıb.
Müəllif: Cəmilə Babayeva