AZ

Dəniz yosununun faydaları üzə çıxdı

Dəniz yosunu istehlak etmək ürək əzələsinin səmərəli işləməsinə kömək edir və bununla da infarkt və insult riskini azaldır.

Publika.az xəbər verir ki, bu barədə Charite klinikasının aparıcı alman kardioloqu Volfqanq Haydelberqer "Deutsche Gesundheit Nachrichten"ə müsahibəsində paylaşıb.

Almaniyanın aparıcı universitetlərinin alimləri tərəfindən aparılan araşdırmaya görə, dəniz yosunu müntəzəm istehlakı infarkt və insult riskini 37% azalda bilər. Bu, dəniz yosunlarında olan yod, kalium və maqneziumun unikal birləşməsindən qaynaqlanır.

Heidelberger qeyd edir: "Həftədə cəmi 100 qram dəniz yosunu ürəyin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra və qan təzyiqini normallaşdıra bilər".

15 000 insanın iştirak etdiyi araşdırma beş il ərzində müntəzəm olaraq dəniz yosunu istehlak edənlər arasında ürək-damar xəstəliklərinin ümumi hallarının nəzarət qrupu ilə müqayisədə 42% azaldığını göstərib.

Seçilən
0
2
publika.az

3Mənbələr