İsrail qüvvələri Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində mübadilə siyahısına daxil edilmiş girovlardan birinin saxlanıldığı əraziyə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu açıqlama ilə HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadasının nümayəndəsi Əbu Ubeydə çıxış edib.
“Razılaşmanın elanından sonra düşmən ordusu birinci mərhələdə mübadilə siyahısına daxil edilmiş girovlardan birinin saxlandığı yerə hücum edib”, - o bildirib.
Əbu Ubeydə girovun vəziyyəti ilə bağlı heç bir məlumat verməyib.
Qeyd edək ki, ötən gün İsrail və HƏMAS arasında atəşkəs və girovların qaytarılması ilə bağlı razılaşma əldə olunub. Saziş 19 yanvardan qüvvəyə minəcək.