AZ

Rusiyada sanatoriyada kütləvi zəhərlənmə olub

Krasnoyarsk diyarındakı sanatoriyada 32 nəfər zəhərlənib.

Qaziler.az  bildirir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə Baş İstintaq İdarəsindən TASS-a verilən məlumata görə, Krasnoyarsk diyarının cənubundakı Taqarskoye gölü sahilindəki sanatoriyaya 32 nəfər zəhərlənmə əlamətləri ilə tibbi yardıma müraciət edib. Daha beş nəfər xəstəxanaya yerləşdirilib.

"Krasnoyarsk diyarının Minusinsk rayonunda Taqarskoye gölü yaxınlığındakı “Sosnovıy Bor” sanatoriyasında istirahət edən 32 nəfər qidadan zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib, beşi xəstəxanaya yerləşdirilib", - məlumatda deyilir.

QAZİLER.AZ

Seçilən
2
1
qaziler.az

2Mənbələr