AZ

Qaydaları pozan həndbolçu yarışlardan kənarlaşdırıldı

Beynəlxalq Dopinq Test Agentliyi (ITA) dünya çempionatı zamanı antidopinq qaydalarını pozduğuna görə portuqaliyalı həndbolçu Miqel Martinesi yarışlardan kənarlaşdırıb.

Azreform.info xəbər verir ki, bu barədə İTA-nın mətbuat xidməti məlumat yayıb.

Müsbət nəticə verən test Portuqaliyanın Çexiya yığması ilə görüşündən sonra götürülüb.

Qeyd edək ki, yanvarın 14-də start götürən mundial fevralın 2-dək davam edəcək. Matçlar Danimarka, Norveç və Xorvatiyada keçirilir.

Seçilən
21
5
azreform.info

10Mənbələr