ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp aktyorlar Con Voyt, Silvester Stallone və Mel Gibsonu Hollivudda xüsusi elçiləri təyin edib.
Heftelik.az xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” şəbəkəsində yazıb.
“Onlar mənim xüsusi nümayəndələrim olaraq son 4 ildə biznesinin böyük hissəsini xarici ölkələrə itirmiş Hollivudun daha böyük, daha yaxşı və güclü olması üçün çalışacaqlar”, – deyə o, qeyd edib.
Donald Tramp bildirib ki, aktyorlar film və televiziya istehsalının mərkəzində onun gözləri və qulaqları olacaq.
ABŞ-ın yeni seçilmiş Prezidenti həmçinin onun hakimiyyəti dövründə Hollivudun qızıl dövrünün qayıdacağına əminliyini ifadə edib.