AZ

Çinli hakerlər ABŞ maliyyə nazirinin kompüterini sındırıblar


Çinin sponsorluq etdiyi hakerlər ABŞ-nin maliyyə naziri Canet Yellenin kompüterini sındırıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Onlar nazirin kompüterindəki 50-yə yaxın fayla giriş əldə ediblər.
Hakerlər həmçinin, maliyyə nazirinin birinci müavini Uolli Adeyemo və nazir müavini Bredli Smitin kompüter məlumatlarına daxil olublar.
Agentliyin qeyd etdiyi kimi, onlar əsas diqqəti nazirliyin sanksiyalar, kəşfiyyat və beynəlxalq məsələlərdəki roluna istiqamətləndiriblər, lakin onlar nazirliyin elektron poçtuna və ya həssas sistemlərinə çıxış əldə etməyiblər.
Hücum barədə Senata məlumat verilib.
Nazirliyin hesabatına görə, hakerlər nazirlikdəki yüksək vəzifəli məmurlarının kompüterlərini, həmçinin 400-dən çox noutbuk və stolüstü kompüteri sındıraraq əməkdaşların istifadəçi adlarına və parollarına giriş əldə ediblər.
ABŞ xüsusi xidmət orqanlarının məlumatına görə, hücumda “Silk Typhoon” və UNC5221 haker qrupları iştirak edib.
Seçilən
10
yeniavaz.com

1Mənbələr