Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazaxrayonunun Hüseynbəyli kəndində minik avtomobilində yanğın başverməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhalFHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qazax rayon YanğındanMühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "VAZ-2107"markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdəsöndürülüb.
Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi qismənyanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.