AZ

Azərbaycan Gürcüstana daha çox sərmayə yatırmaqda maraqlıdır – Baş nazir

Azərbaycanda Gürcüstan kapitallı 650-dən çox şirkət aktiv fəaliyyət göstərir.

Teleqraf.com xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın X iclasında deyib.

O, Azərbaycan hökumətinin gürcü şirkətlərinin ölkədə fəaliyyət göstərməsi üçün lazımi şəraitin bundan sonra da yaradacağını bildirib.
Baş nazir Azərbaycanla Gürcüstan arasında investisiyasahəsində əməkdaşlığın çox yaxşı dinamikaya malik olduğunu qeyd edib.

“SOCAR şirkəti Gürcüstanda fəaliyyətini uğurla həyata keçirir. Şirkət həmişə Gürcüstan iqtisadiyyatına böyük investisiyalar yatırıb və ölkənin ən böyük vergi ödəyicilərindən biridir. SOCAR Gürcüstanda da vaxtaşırı sosial layihələr həyata keçirir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Eyni zamanda, ümid edirik ki, Gürcüstan hökuməti azərbaycanlı investorların Gürcüstandakı fəaliyyəti ilə bağlı bəzi məsələləri həll edəcək. Bu məsələlərin müsbət həlli investisiyalar sahəsində əməkdaşlığı daha da gücləndirəcək və genişləndirəcək, çünki azərbaycanlı investorlar Gürcüstan iqtisadiyyatına daha çox sərmayə yatırmaqda maraqlıdırlar”, - Ə.Əsədov söyləyib.


Müəllif: Cəmilə Babayeva
Seçilən
25
50
teleqraf.com

10Mənbələr