ABŞ-ın hazırkı prezidenti Co Bayden HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunu 2001-ci il sentyabrın 11-də Nyu Yorkda törədilən terror aktları ilə qarışdırıb.
Herbiand.az bildirir ki, Amerika lideri MSNBC telekanalına müsahibəsində səhvə yol verib.
Bayden İsrailin Qəzza zolağında mülki hədəfləri bombalaması məsələsini ilk dəfə İsrailin baş naziri Benyamin Netanyahu ilə necə qaldırdığını danışarkən səhvə yol verib.
“İlk dəfə mülki hədəflərin bombalanmasını mən 11 sentyabr hadisələrindən sonra, baş verən qan tökülməsindən sonra ora gedəndə müzakirə etmişəm”, - Bayden deyib.
Bəxtiyar CƏFƏRLİ