Gürcüstan Azərbaycan və Ermənistana müxtəlif sahələrdə üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edir.
Modern.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Bakıda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası Gürcüstan-Azərbaycan komissiyasının iclasında deyib.
Gürcüstan hökumətinin mətbuat xidməti Kobaxidzedən sitat gətirib:
“Biz konkret əməli addımlar atmaqda və regionda əməkdaşlığı inkişaf etdirməkdə səmimi maraqlıyıq”.
Bir gün əvvəl Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili demişdi ki, lazım gələrsə, Gürcüstan Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün bütün potensialından istifadə edəcək.