AZ

Qəzzadan ilk girovlar yanvarın 19-da azad edilə bilər - Yenilənib

İsrailin hərbi-siyasi kabineti HƏMAS ilə razılaşmanı təsdiq edəcəyi təqdirdə Qəzzadan ilk girovlar razılaşdırılmış plana uyğun olaraq artıq yanvarın 19-da azad edilə bilər...

“Report” İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahunun dəftərxanası məlumat yayıb.

"Razılaşma Nazirlər Kabineti və hökumət tərəfindən təsdiqlənəcəyi və qüvvəyə minəcəyi halda girovların azad edilməsi plana uyğun olaraq həyata keçirilə bilər. Bu plana əsasən, girovların bazar günü azad edilməsi gözlənilir", - məlumatda qeyd olunub.

***

İsrail hakimiyyəti Fələstinin HƏMAS hərəkatı ilə razılaşmanın birinci mərhələsi çərçivəsində Qəzza zolağından 33 girovun azad edilməsi planı barədə onların ailələrinə məlumat verib.

“Report” xəbər verir ki, bu barədə Kan telekanalı məlumat yayıb.

"Bu gün səhər Oğurlanmış Şəxslər üzrə İdarə razılaşmanın birinci mərhələsində azad ediləcək şəxslərin siyahısına daxil edilmiş 33 şəxsin ailələrinə məlumat verib", - teleradio şirkətinin məlumatında deyilir.

Qeyd olunur ki, ailələrə girovların səhhəti barədə məlumat verilməyib.

Məlum olduğu kimi, razılaşmanın 42 gün davam edəcək birinci mərhələsində Qəzza zolağından bütün qadınlar, o cümlədən hərbçilər, uşaqlar, 50 yaşdan yuxarı kişilər, həmçinin xəstə və yaralı şəxslər azad ediləcək.

Poliqon.info

Seçilən
37
50
poliqon.info

10Mənbələr