“Səidə ilə davam yanlış idi”.
Bu sözləri RTV-də yayımlanan “Çərçivədən kənar” proqramında aktrisa Pərvin Abıyeva söyləyib.
“Səidə ilə bir-birimizi çox istəyirik. Xarakterimiz uyğun gəlir, biz onunla çox gülürük. İndi arada danışırıq. Yaşı məndən böyük olsa da, ilk addımı o atdı. Salonda idik, gəldi, dedi ki, ay qız, beş günlük dünyadır, nə küsülülük? Əşi, veriliş idi, oldu getdi. Mən səni çox istəyirəm. O gündən sonra çox yaxınıq”.
Qeyd edək ki, sənətçilər “Maşın” şou zamanı qalmaqal yaşamışdı. (Olay)