AZ

Rubl qarşıdakı aylarda “dirilə” bilər

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Rus rublunun fevral ayındakı perspektivləri müsbət görünür. 

Banco.az Rusiya mediasına istinadla xəbər verir ki, analitik Denis Buyvolov bildirib ki, qarşıdakı aylarda , ABŞ dolları qarşısında rublun möhkəmlənməsi gözlənilir.
Amma fevral ayında dolların 100 rubl həddindən aşağı enməsi mümkündür.
Mütəxəssisin fikrincə, rublun güclənməsinə təsir edəcək əsas amillərdən biri, adətən fevral ayında müşahidə olunan yüksək səviyyəli ödəmə balansı profisitidir. Bu tendensiya rublun möhkəmlənməsinə əlavə dəstək verə bilər.
Digər mühüm faktor isə ABŞ-də Donald Trampın yenidən prezident seçilməsi və yanvarın 20-də keçiriləcək inauqurasiyasıdır. 
Ekspert hesab edir ki, Trampın hakimiyyətə gəlməsi qlobal geosiyasi mühitdə müsbət dəyişikliklərə yol aça bilər. Bununla belə, ilk bəyanatları və iqtisadi-siyasi qərarları fonunda valyuta bazarında ciddi dalğalanmaların baş verməsi ehtimal edilir.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
3
banco.az

1Mənbələr