Aktual.az xəbər verir ki, bu barədə Kan telekanalı məlumat yayıb.
"Bu gün səhər Oğurlanmış Şəxslər üzrə İdarə razılaşmanın birinci mərhələsində azad ediləcək şəxslərin siyahısına daxil edilmiş 33 şəxsin ailələrinə məlumat verib", - teleradio şirkətinin məlumatında deyilir.
Qeyd olunur ki, ailələrə girovların səhhəti barədə məlumat verilməyib.
Məlum olduğu kimi, razılaşmanın 42 gün davam edəcək birinci mərhələsində Qəzza zolağından bütün qadınlar, o cümlədən hərbçilər, uşaqlar, 50 yaşdan yuxarı kişilər, həmçinin xəstə və yaralı şəxslər azad ediləcək.