Teo Ernandes “Milan”ın yeni rekordçusu olub.
Fransız müdafiəçi öz mövqeyi üzrə klubda ən çox qol vuran oyunçudu. O, A seriyasında “Milan”ın səfərdə “Komo”ya 2:1 hesabı ilə qalib gəldiyi matçda qollardan birini vurub. Bununla da 27 yaşlı Teo qırmızı-qara formada A seriyasında rəqib qapısından keçirdiyi topların sayını 30-a çatıdırıb və klubun yüksək liqada ən çox qol vuran müdafiəçisi olub.
Ernandes bu göstərici ilə hesabında 29 qol olan Paolo Maldinini geridə qoyub.
Teo “Milan”da 2019-cu ildən oynayır. O, komandada keçirdiyi 236 oyunda 32 qol vurub və 42 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta