AZ

İslamabadda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

İslamabad, Hilal Əhməd, 17 yanvar, AZƏRTAC

İslamabadın Müasir Dillər Milli Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, professor-müəllim heyətinin, media mənsublarının, tələbələrin iştirak etdiyi tədbir Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən təşkil edilib.

Mərasimdə çıxış edən ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov Azərbaycan tarixini yaşatdığına görə universitet heyətinə minnətdarlığını bildirib. O, Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş soydaşlarımızın vətənpərvərliyindən danışıb. Daha sonra səfir pakistanlı tələbələrin Azərbaycan mədəniyyəti və tarixini daha dərindən dərk etməsində universitetdəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin böyük xidməti olduğunu vurğulayıb.

Anım mərasimində Universitetin Dillər fakültəsinin dekanı, Türk dili və Azərbaycan kafedrasının müdirləri çıxış edərək 20 Yanvar hadisələri haqqında ətraflı məlumat veriblər.

Seçilən
5
7
azertag.az

10Mənbələr