AZ

Ziya Məmmədovun bacısı işdən çıxarıldı

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun direktor müavini olan bacısı Məhbubə Məmmədova    vəzifəsindən azad edilib. 

 Oxu24.com  "Qaynarinfo"ya istinadən xəbər verir ki, Məhbubə Məmmədova müvafiq əmrlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsindən çıxarılıb. 

Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsi Xanımqız Rüstəmovaya tapşırılıb. 

Kollecdən bildirilib ki, Məhbubə Məmmədova son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub. 

Seçilən
10
35
oxu24.com

10Mənbələr