Sloveniya xarici işlər naziri (XİN) Tanya Fayon Ukraynada səfərdədir.
“Cebheinfo.az” “Report”-a istinadən xəbər verir ki, bu barədə Sloveniya XİN-in mətbuat xidmətinin məlumatında bildirib.
Məlumata görə, T.Fayon Ukraynaya XİN başçısı Andrey Sibiqanın dəvəti ilə gəlib. Ukraynanın dəstəklənməsi məsələlərinin müzakirə olunacağı "Ukrayna-Cənub-Şərqi Avropa" nazirlərin görüşündə iştirak edəcək.
“Cebheinfo.az”