Türkiyənin Milli Müdafiə Nazirliyi cümə günü, yanvarın 17-də Suriyanın şimalında hücuma hazırlaşan 29 YPG terrorçusunun zərərsizləşdirildiyini bildirib.
Herbiand.az xəbər verir ki, Milli Müdafiə Nazirliyi terror təhlükəsi ilə mübarizədə qətiyyətli olduğunu bəyan edib.
“Terrorçuların qaçmağa yeri yoxdur. Heç bir bölgə silahlı cinayətkar fəaliyyət üçün təhlükəsiz deyil. Əməliyyatlar son terrorçu məhv edilənə qədər davam edəcək”, - deyə nazirlikdən bildirilib.