“Toplum TV” işi ilə bağlı cinayət işində barəsində polis nəzarətində qətimkan tədbiri seçilən jurnalist Fərid İsmayılov saxlanılıb.
Xətai Rayon Məhkəməsinin qərarı ilə Fərid İsmayılov barəsində 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
F.İsmayılov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. Bu gün “Toplum TV” işində ibtidai istintaq tamamlanıb, yekun ittihamlar elan edilib.
Şərait dəyişdiyindən Fəridin də həbsi üçün təqdimat verilib.
Fərid İsmayılovla Nihad İbrahimxəlilov (Libertain) da saxlanılıb.