AZ

Naxçıvanda “20 Yanvar – qəhrəmanlıq salnaməsi” adlı sərgi açılıb

Naxçıvan, 17 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “20 Yanvar – qəhrəmanlıq salnaməsi” adlı sərgi açılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov 1990-cı il 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, rəssamlar hər zaman ölkəmizin tarixində baş vermiş hadisələri faktlarla öz əsərlərində əks etdirməyə çalışırlar. Onlar hər il Rəssamlar Birliyinin sərgi salonunda ənənəvi olaraq çəkdikləri əsərləri sərgiləyir, gələcək nəsillərə tarixi hadisələrin gedişatını öz yaradıcılıqları vasitəsilə çatdırmağa çalışırlar.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Piri Nağıyev 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra həmin hadisələrə siyasi-hüquqi qiymət verilməsindən danışıb. Vurğulanıb ki, 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda təqvimin 20 Yanvar tarixi – “Ümumxalq Hüzn Günü” kimi elan edilib.

Digər çıxış edənlər qan yaddaşımız olan faciənin mahiyyətinin gələcək nəsillərə çatdırılmasında belə tədbirlərin önəmini diqqətə çatdırıblar.

Sonra sərgiyə baxış olub.

Qeyd edək ki, bir həftə davam edəcək sərgidə 18 rəssamın 30 əsəri sərgilənir.

 

 

Seçilən
5
50
azertag.az

10Mənbələr