“Şamaxı” Misli premyer-liqasının 19-cu turunda səfərdə “Qarabağ”a məğlub oldu – 2:3.
“Football-plus.az” xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib:
- Maraqlı oyun oldu. İlk hissəyə qollarla başladıq. İkinci hissədə rəqibin təzyiq edəcəyini bilirdik. Cüzi səhvə yol verdik. Sürətli hücumunqarşısını ala bilmədik. Futbolçularımdan razı qaldım. Bəzi futbolçular tam hazır deyil. Yeni gələnlər də çempionatı hiss etdi. Mövsümün sonuna qədər maraqlı və gərgin oyunlar olacaq.
- Qış fasiləsində gedənlər və gələnlər oldu. Yeni oyunçular gətirmək premyer-liqada möhkəmlənmək üçündü, yoxsa iddialar daha böyükdü?
- 8 futbolçu ilə yollar ayrıldı. Onların yerini doldurmalıydıq.Zədəli futbolçularımız oldu. 3 yerli,4 əcnəbi futbolçu gəlib. Qışda yerli futbolçu transfer etmək çox çətindi. Qarşımıza qoyulan məqsədə çatmaq istəyirik. Yaya qədər mübarizə gərgin olacaq. Daha rəqabətli futbolçularımız var.
- “Transfer pəncərəsi”ndə ən çox gedən-gələn sizin komandada oldu. Gələnlər nə vaxt tam hazır ola bilər?
- Onların arasında hazır olanlar da var. Vladislavın idman formasında problem yoxdu. Maykl və Andreyin çempionatlarıiki aya yaxındı bitib. Andrey daha yaxşı olacaq. 2 turdan sonra zədə olmasa, tam formada olacaqlar.
- Son iki oyunda “Qarabağ”açətin anlar yaşadırsız. Belə oyun tərzi nədən asılıdı? Bunun sirrini tapmısız?
- “Qarabağ”ın sirrini tapsaydıq, xal alardıq. Futbolçularımızınyaxşı oynamasını istəyirik. Bu gün də önə keçə bilərdik. Futbolçularımızdan istəyimiz budu. Yaxşı hücumlar etmək istəyirik. Çempionatda iki komanda var ki, xal ala bilməmişik. “Qarabağ”a qarşı oynamaq əlavə motivasiyadı. Bu gün istəyimizə çata bilmədik.
ƏSƏD SEYİDOV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta