AZ

Rusiyada Azərbaycana qarşı qərəzli media kampaniyası- strateji müttəfiqliyə sarsıdıcı zərbə...

Image

Son vaxtlar Rusiya mediasında, Kremlə bağlı mətbu orqanlarda Azərbaycana qarşı yönələn təhqir və həqarətlərin sayının əhəmiyyətli dərəcədə artdığı müşahidə edilir. Burada diqqət çəkən məqamlardan biri də odur ki, Rusiyanın hakim dairələri öz maraqları əleyhinə əks fikir söyləyənlərə qarşı olduqca sərt addımlar atdığını praktikada göstərib. Amma nədənsə Azərbaycan xalqına, onun rəhbərliyinə qarşı Rusiyada mirzəıərin hücumuna hansısa reaksiya sərgilənmir.

Hər şey isə Azərbaycanın məlum təyyarə qəzası ilə bağlı haqlı tələblərini, günahkarların cəzalandırılmasını tələb etməsindən sonra baş verib.

Burada Rusiyanın günahkar olması beynəlxalq müstəvidə də xüsusi vurğulanır. Bunu Braziliyanın federal məhkəmə hakimi, Braziliya Federal Məhkəmə Hakimləri Assosiasiyasının aviasiya hüququ komissiyasının koordinatoru Marselo Honoratonun Rusiya səmasında vurulmuş Azərbaycan təyyarəsi ilə bağlı məqaləsində qeyd etdikləri də təsdiq edir. Marselo Honorato “Consultor Juridica” jurnalında dərc etdirdiyi məqaləsində yazır ki, ilk dəfə deyil mülki təyyarə səhvən vurulur.   Onun gəldiyi nəticə budur ki, Azərbaycan Hava Yollarına məxsus təyyarənin hava hücumundan müdafiə sistemi ilə vurulduğu rəsmən təsdiqini taparsa, günahkarların cəzalandırılması perspektivi məhduddur: “Dövlətlərin suverenliyi məsələsi cinayət işləri üzrə çıxarılan cəzaların yerinə yetirilməsi məsələsinə hələ də ən böyük maneə olaraq qalır, xüsusilə də cinayəti beynəlxalq gücə malik ölkənin vətəndaşları törədibsə.

Hava hüququ sahəsindəki bəzi müqavilələr “ya cəzalandır, ya təhvil ver” şərti ilə bağlanıb. Yəni dövlət təqsirləndirilən şəxsi məsuliyyətə cəlb edə də bilər, onu təhvil verə də bilər. Belə bir ikili prinsip isə yurisdiksiyada bəhanələrə əl yeri qoyur, cəzasızlıq üçün də şərait yarada bilir". Azərbaycan bütün bunlara yol verilməməsi üçün Rusiya qarşısında məsələni konkret qoyur.  Burada o da xüsusi vurğulanmalıdır ki, Azərbaycan təyyarə qəzası zamanı Rusiyanın ünvanına heç bir böhtan bə ya  təhqir səsləndirməyib. Öləmiz sadəcə, ədalətli istintaqın aparılmasını, günahkarların məsuliyyət cəlb olunması  tələbini irəli sürüb. Lakin görünən budur ki, Rusiyada diqqət məsələnin əsas mövzusundan yayındırılmağa, Azərbaycan günahkar çıxarılmasına yönəlib. Halbuki, Azərbaycan ictimaiyyəti yalnızca məsələnin obyektiv şəkildə araşdırılmasını və ədalətin təmin edilməsini tələb edir. 

Azərbaycana qarşı qarayaxma kampaniyasında mirzələrin xidmətindən geniş istifadə edilir. 

Bu, dövlət maşınının öz günahını susdurmaq və qurbanı qaralamaq üçün mediadakı imkanlarından necə istifadə etdiyini göstərir. Azərbaycan xalqının həqiqəti tələb etmək, ədalətin bərpasını, məsuliyyətin qəbul edilməsini və zərərçəkmişlərə təzminat ödənilməsini istəmək tam haqqıdır. Günahın etiraf edilməsi, günahkarların  cəzalandırılması və bütün zərərçəkmişlər qarşısında üzrxahlıq da Rusiya tərəfinin minimum yerinə yetirməli olduğu tələbdir. Bunun əvəzində media vasitəsilə Azərbaycana hücum Rusiyaya heç bir baş ucalığı gətirmir.

Tahir TAĞIYEV





Seçilən
7
50
baki-xeber.com

10Mənbələr