Türkiyənin İstanbul şəhərində saxta spirtli içki səbəbindən ölənlərin sayı artıb.
AZXEBER.COM xəbər verir ki, bu haqda \"TRT Haber” məlumat yayıb.
Bildirilib ki, xəstəxanalara müraciət edən 92 nəfərdən 38-i dünyasını dəyişib.
Qeyd edək ki, daha öncə polis bölmələri İstanbul daxilində apardıqları əməliyyatlarda bu məsələ ilə bağlı 6 nəfəri saxlayıb. Həmin şəxslərdən ikisi məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib. 4 nəfərlə bağlı polis əməliyyatları davam edir.