Türkiyə Superliqasının 20-ci turunun açılış matçı keçirilib.
Yenisabah.az xəbər verir ki, lider "Qalatasaray" audsayderlər qrupunda yer alan "Hatayspor"un qonağı olub.
Gərgir mübarizə şəraitində keçən oyunda qalib müəyyənləşməyib - 1:1.
"Hatayspor"un qolu 28-ci dəqiqədə Cemali Serteldən gəlib. "Qalatasaray"ın qolunu 56-cı dəqiqədə Viktor Osimhen penaltidən vurub.
Bu nəticədən sonra lider "Qalatasaray" xalların 51-ə, "Hatayspor" isə 10-a yüksəldib.
Telegram kanalımız