Bakı. Trend:
Almaniyada 50-yə yaxın müxtəlif qrup uzun sürən iqtisadiböhranla əlaqədar yanvarın 29-da ölkə daxilində nümayişlərkeçirməyi planlaşdırır.
Trend xəbər verirki, bu barədə “Bild” qəzeti yazır.
Etiraz aksiyaları Berlinin mərkəzindəki Brandenburq qapısıqarşısında və Almaniyanın bir çox başqa şəhərlərindəkeçiriləcək.
Almaniya Metallurgiya və Elektrik Mühəndisliyi Sənayesiİşəgötürənləri Assosiasiyası (Gesamtmetall), yerli mehmanxana vəiaşə şirkətlərinin ticarət assosiasiyası (DEHOGA), Almaniya Xaricivə Topdan Ticarət Federal Assosiasiyası (BGA), moda sənayesininnümayəndələri və orta- böyük biznes birlikləri nümayişlərdə iştiraketmək niyyətindədir.
Bu birliklərə daxil olan şirkətlərdə ümumilikdə 20 milyona yaxıninsan çalışır. Etirazçılar ölkədəki iqtisadi durumun ağırlaşmasına,enerji qiymətlərinin artmasına və kiçik bizneslərin çətinliklərləüzləşməsinə etiraz edəcəklər.