"Gündəm xatirinə oxumuram, sözlərə fikir verirəm. Musiqisi zəif olan mahnı yadda qalmaz. Bir də sözlər... Sözləri ucuzlaşdırırlar ki, yadda qalsın, trendə düşsün".
Ölkə.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Xəzər axşamı" verilişində deyib. Sənətçi yeni çıxan mahnıları tənqid edib:
"Mahnını TikTok-a görə alırlar. Bu, həyat deyil. Amma müvəqqəti qazancdır".