AZ

“Fitch”dən Azərbaycanla bağlı proqnoz

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (IDR) “BBB-” səviyyəsində, stabil proqnozla təsdiqləyib.

Publika.az bu barədə “Fitch”ə istinadən xəbər verir ki, hesabatda qeyd olunur: ”Ölkənin reytinqi güclü xarici balansı, dövlət borcunun analoqları ilə müqayisədə aşağı səviyyədə olması və Azərbaycan Dövlət Neft Fondu (ARDNF) vasitəsilə maliyyələşdirmə çevikliyini əks etdirir”.

“Fitch”in qiymətləndirməsinə əsasən, Azərbaycanın 2024-cü il üzrə suveren valyuta aktivləri 76 milyard ABŞ dolları (gözlənilən ÜDM-in 102 %-i) təşkil edəcək. Bu aktivlərin 83 %-i ARDNF-də, qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının ehtiyatlarında cəmləşir. Azərbaycanın xalis suveren xarici aktivlərinin ÜDM-ə nisbəti 2024-cü ildə 71 % səviyyəsində proqnozlaşdırılır ki, bu da “BBB” və “A” kateqoriyalı suveren emitentlər arasında ən yüksək göstəricilərdən biridir.

Seçilən
11
7
publika.az

10Mənbələr