Fransanın PSJ futbol klubu "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanı rəsmən heyətinə qatıb.
Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
7 nömrəli formanı geyinəcək 23 yaşlı cinah oyunçusu klubun tarixində ilk gürcüstanlı futbolçu olacaq.
Razılaşmaya görə, "Dinamo Tiflis"in yetirməsi 2029-cu ilin iyun ayınadək PSJ-nin şərəfini qoruyacaq.
İtaliyalı insayder Fabritsio Romano "qırmızı-mavilər"in Neapol komandasına 70 milyon avro ödədiyini bildirib.