Şəkidə intihar hadisəsi olub. Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Çayqaraqoyunlu kənd sakini 1995-ci il təvəllüdlü Bayramov Sərxan Oruc oğlu özünü Baş Göynük kəndi ərazisində yaşadığı fermada asıb. Onun meyiti dünən axşam saatlarında tapılıb. Hadisənin səbəbi hələlik məlum deyil. S.Bayramovun 3 azyaşlı övladı yadigar qalıb. Faktla bağlı araşdırma aparılır.