AZ

SOCAR-ın audit rəisi bağ qonşusunu ölümcül döydü - TƏFƏRRÜAT

Bu gün 7NEWS.az saytına maraqlı məlumat daxil olub. Məlumatda qeyd edilir ki, SOCAR-ın Daxili Audit İdarəsinin rəisi Təmas Rüstəmov Bilgəhdəki villasında olarkən maraqlı hadisə yaşanıb. Belə ki, Təhmas Rüstəmov tutarlı səbəb olmadan öz bağ qonşusu ilə mübahisə edib, ağır bədən cəsarətləri yetirib, ölümcül döyüb. 
Məlumatda qeyd edilir ki, məsələyə Sabunçu rayon hüquq-mühavizə orqanları qarışıb. Hal-hazırda iş Sabunçu rayon prokurorluğundadır. Təmas Rüstəmov bütün gücünü ortaya qoyub hüquq-mühavizə orqanlarına təsir göstərmək istəsə də, şikayətçi sona qədər ədalətin bərpa olunması üçün mübarizə aparacağında israrlıdır. 
Məlumatda o da qeyd edilir ki, bu Təhmas Rüstəmovun ilk kriminal addımı deyil. Belə ki, o bütün bağ qonşularına qənim kəsildiyi, özünü Bilgəhin hamisi elan etdiyi deyilir. Məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərəcəyik. 
Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq. 
Seçilən
7
2
7news.az

3Mənbələr