Samux rayonunda fəaliyyət göstərən "Vətənpərvərlər" İctimai Birliyinin sədri Məhərrəm İsmayılov idarə etdiyi "Opel" markalı avtomobillə qəza törədib.
Teleqraf.com-un qərb bürosu xəbər verir ki, hadisə Samux şəhər ərazisində qeydə alınıb.
M.İsmayılov idarə etdiyi avtomobillə araba ilə odun gətirən Sərkar kənd sakini 72 yaşlı Əsgərov Elmay Məmməd oğlunu vurub.
Sonuncu aldığı xəsarətlərdən oradaca həyatını itirib.
Qəza yerinə aidiyyəti üzrə rəsmilər gəlib. Araşdırma aparılır
Müəllif: Teleqraf.com