AZ

İranda 10 gün komanda qalan Azərbaycan vətəndaşı öldü

İranda 10 gün komanda qalan Azərbaycan vətəndaşı ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə 10 gün öncə qonşu ölkənin Culfa şəhərinə yaxın ərazidə baş vermişdi. Belə ki, TIR sürücüsü, Babək şəhər sakini 1986-cı il təvəllüdlü Nəsirov Nəvai Yasin oğlu sürücüsü olduğu avtomobilin qapısını açarkən avtomobil onu vurmuşdu. Hadisədən sonra o, Təbriz şəhərində xəstəxanaya çatdırılıb.

Ağır bədən xəsarətləri alan N.Nəsirov xəstəxanada vəfat edib.

Onun nəşinin bu gün Naxçıvana gətiriləcəyi gözlənilir.

Seçilən
2
12
heftelik.az

10Mənbələr