Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunun “Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, köməkçi hakim Kamran Bayramovun səhhətində problem yarandığı üçün onu Şirmamed Mamedov əvəz edəcək.
Azərbaycan Premyer Liqası
19-cu tur
19 yanvar
16:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Asim Xudiyev.
Tovuz şəhər stadionu