Bakı.Trend:
İsrailin mərkəzi rayonlarından raket təhlükəsi ilə əlaqədar havahəycan təbili çalınıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, həyəcan siqnalları eyni zamandaTel-Əvivin şəhərkənarı ərazilərində eşidilib.
İsrailin ordusunun mətbuat xidmətinə görə, həyəcan təbilininçalınmasına səbəb Yəməndən buraxılmış raket olub.
İsrail hava hücumundan müdafiə sisteminin raketi səmada dəfetdiyi bildirilir. Hücumun təfsilatları barədə məlumat yoxdur.