İranın nüvə proqramı geri dönüşü olmayan nöqtəyə yaxınlaşır.Reuters xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.“İranın nüvə proqramının sürətləndirilməsi bizi çox kritik nöqtəyə yaxınlaşdırır”, - deyə Fransa prezidenti vurğulayıb.Makron Fransa səfirlərinə müraciətində İranın nüvə texnologiyası məsələsində geri dönüş nöqtəsinin yaxınlaşdığını bildirib. Siyasətçi Tehranı Fransa, Avropa, Yaxın Şərq və uzaq ölkələr üçün əsas strateji və təhlükəsizlik problemi adlandırıb. O əlavə edib ki, İranın nüvə proqramı məsələsi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə dialoqda prioritet olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta