AZ

Türkiyə KİV-ləri TADEF qurultayını geniş işıqlandırır (FOTO)

Bakı. Trend:

İstanbulda Türkiyə - Azərbaycan Dərnəkləri Federasiyasının(TADEF) VII hesabat-seçki qurultayı keçirilib.

Trend xəbərverir ki, Türkiyənin nüfuzlu "Demirören Haber Ajansı" (DHA),Anadolu Agentliyi (AA), "Haberler.com", Star qəzeti,"Sondakika.com", "HaberErk" nəşrləri və digər kütləvi informasiyavasitələri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri FuadMuradovun bu mötəbər tədbirdə iştirakını geniş işıqlandırır.

Belə ki, DHA-nın yaydığı məlumata əsasən, iki gün davam edənqurultayda TADEF-ə üzv olan 24 dərnəyi təmsil edən 106 nümayəndədən90 nəfəri istirak edib. Qurultaydan sonra TADEF-in yeni İdarəHeyətinin toplantısı keçirilib.

DHA qeyd edir ki, tədbirdə çıxış edən Fuad Muradov bildirib: "Bugün Türkiyə-Azərbaycan cəmiyyəti üçün çox vacib bir gündür.Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) yeni idarəheyəti üzvləri seçildi. İki gün davam edən bu seçkilər nəticəsindəTürkiyədə fəaliyyət göstərən ən böyük idarə heyəti formalaşdırıldı.Türkiyə Azərbaycan üçün qardaş ölkədir. Əsas məqsədimiz, əlbəttəki, dərnəklərimizin daha səmərəli fəaliyyət göstərməsidir. Bununüçün həm diaspora olaraq, həm də TADEF olaraq müxtəlif təşəbbüslərhəyata keçirmişik. Türkiyənin bütün bölgələrində fəaliyyət göstərəndərnəklər işlərini təqdim edirlər. Biz də Azərbaycan dövləti olaraqonların təşəbbüslərini dəstəkləyirik. Hazırda diaspor fəaliyyətimiz70-dən çox ölkədə mövcuddur. Türkiyədə bizim alimlərimiz,sənətçilərimiz var. Bu dostluq və qardaşlıq bütün sahələrdə özünügöstərir", - F.Muradov bildirib.

Öz növbəsində, Anadolu Agentliyi qeyd edir ki, Diasporla İş üzrəDövlət Komitəsinin sədri Azərbaycana verdiyi daimi dəstəyə görəTürkiyəyə təşəkkür edib. "Müharibə dövründə olduğu kimi, indi dəTürkiyənin Azərbaycana dəstək verdiyini vurğulayan F.Muradov,Azərbaycanın Türkiyə kimi bir qardaşımı olduğundan xoşbəxt olduğunudilə gətirib", - deyə AA qeyd edir.

Bundan əlavə, Star qəzeti bildirir ki, TADEF-in tədbirində çıxışedən Fuad Muradov 2024-cü ilin Azərbaycan diasporu üçün uğurlu biril olduğunu vurğulayaraq, təşkilatlarının peşəkarlığının hər ilartdığını qeyd edib. Türk və Azərbaycan cəmiyyətlərinin birgəfəaliyyətinin hər kəs üçün vacib olduğunu vurğulayan F.Muradovbildirib: "Millət vəkillərinin Azərbaycan cəmiyyətinə dəstəkverməsi, bu iki ölkə arasındakı dostluq və qardaşlığın birbaşanümunəsidir,".

Qeyd edilib ki, tədbirdən sonra Diasporla İş üzrə DövlətKomitəsinin sədri çıxışından sonra MHP sədrinin müavini İlyasTopsakal, TADEF sədri Adalet Turan və TADEF sədrinin müavini SettarKayaya medallar təqdim edib.

"Haberler.com" nəşri F.Muradovun çıxışını işıqlandıraraqbildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Türkiyəninson dövrlərdəki xarici siyasətdəki uğurlarına diqqət çəkərək,Azərbaycanın xaricdəki nümayəndəliklərinin fəaliyyətlərindən bəhsedib.

F.Muradov “Azərbaycan Evləri”nin son bir ildə xaricdəgenişlənməkdə davam etdiyini və yaxın gələcəkdə Liviya, Livan vəİraqda da "Azərbaycan Evləri"nin açılmasının planlaşdırıldığınıbildirib.

Öz növbəsində, "Sondakika.com" nəşri F.Muradovun Azərbaycanədəbiyyatının və dilinin inkişaf etdirilməsi ilə bağlı mövqeyinətoxunur. Bildirilir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədriqeyd edib ki, dünyada bir xalqın inkişafından danışdıqda, dilməsələsi önəm daşıyır. "Bu gün biz İranda yaşayan soydaşlarımızınAzərbaycan dilində danışmasını çox istəyirik. Bu baxımdan,Türkiyədə də çoxlu dərnəklər fəaliyyət göstərir. MəqsədimizAzərbaycan ədəbiyyatını və dilini inkişaf etdirməkdir. Buistiqamətdə çalışırıq və dəstək veririk. Əgər bütün xalqların özdilində danışmaq haqqı varsa, bu, bütün ölkələrdə tətbiqolunmalıdır. İran da istisna deyil. Bu baxımdan, soydaşlarımızlaçox ciddi işlər həyata keçirmişik", - deyə F.Muradovun sözlərisitat gətirilir.

Bundan əlavə, "HaberErk" nəşri qeyd edib ki, Fuad Muradovunsözügedən tədbirdə iştirak etməsi xüsusi əhəmiyyət daşıyıb.Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin çıxışına toxunan nəşrqeyd edib ki, F.Muradov Azərbaycanın xaricdə yaşayanvətəndaşlarının bir araya gələrək həmrəy olmalarının vacibliyinivurğulayıb. Həmçinin, diasporanın ölkənin tanıdılması işindəoynadığı rolu qeyd edərək, o, bu sahədə görüləcək işlərinəhəmiyyətinə diqqət çəkib.

Türkiyə
Türkiyə
Türkiyə
Türkiyə
Türkiyə
Türkiyə
Seçilən
40
17
az.trend.az

10Mənbələr