Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 22-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
“Arsenal” doğma meydanda “Aston Villa” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
Beş qolun vurulduğu “Nyukasl” – “Bornmut” matçında isə qonaqlar darmadağına seviniblər.
“Liverpul” “Brentford”la səfər oyununda inamlı qələbəyə sevinib. “Lester Siti” evdə “Fulhem”ə, “Vest Hem” isə “Kristal Pelas”a 2 cavabsız qolla uduzub.
22-ci turun qalan görüşləri yanvarın 19-da və 20-də keçiriləcək.
İngiltərə, Premyer Liqa
22-ci tur
18 yanvar
Nyukasl – Bornmut 1:4
Qollar: B.Gimarayns, 25 – Kluyvert, 6; 44; 90+2. M.Kerkez, 90+6.
Brentford – Liverpul 0:2
Qollar: D.Nunyes, 90+1; 90+3.
Lester Siti – Fulhem 0:2
Qollar: Smit Rou, 48. A.Traore, 68.
Vest Hem – Kristal Pelas 0:2
Qollar: Mateta, 48; 89.
Arsenal – Aston Villa 2:2
Qollar: Martinelli, 35. Haverts, 55 – Tilemans, 60. Uotkins, 68.
19 yanvar
18:00. Everton – Tottenhem
18:00. Mançester Yunayted – Brayton
18:00. Nottingem Forest – Sauthempton
20:30. İpsviç Taun – Mançester Siti
20 yanvar
00:00. Çelsi – Vulverhempton