AZ

Britaniyanın 300 hərbçisi NATO təlimlərində iştirak üçün Çexiyadan keçəcək

Yanvarın 19-dan 26-na kimi Britaniyanın 300 hərbi qulluqçusu və 100-ə yaxın hərbi texnikası NATO-nun “Steadfast Dart 2025” təlimində iştirak etmək üçün gecə saatlarında Çexiya ərazisindən keçərək Rumıniyaya gedəcək.

“Far.Az” xəbər verir ki, bu barədə “Ceske noviny” nəşri məlumat yayıb.

Qeyd olunur ki, hərbi karvan bazar günü, yanvarın 19-na keçən gecə Almaniya ilə sərhəddə yerləşən keçid vasitəsilə Çexiya ərazisinə daxil olacaq.

Britaniya qoşunları kolonlarının keçidi Çexiya hərbi polisi tərəfindən təmin ediləcək.

Yanvarın 13-də Rumıniyada NATO-nun “Steadfast Dart 2025” təlimləri başlayıb.

Manevrlərdə NATO-nun doqquz üzv ölkəsindən təxminən 10 min hərbçi, 17 hərbi dəniz vasitəsi, 20-dən çox təyyarə və 1,5 min texnika iştirak edəcək. Təlimlər zamanı NATO-nun "Şərq cinahını sürətlə gücləndirmək" vəzifəsi olan yeni reaksiya qüvvələrinin (“Allied Action Force”) yerləşdirilməsini hazırlamaq planlaşdırılır.

Seçilən
35
2
far.az

10Mənbələr