Seul Qərb Dairə Məhkəməsi Cənubi Koreya prezidenti Yun Sok Yolu fitnə-fəsad törətməkdə ittiham edərək haqqında həbs qətimkan tədbiri seçib. Bakupost.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb. Məlumata görə yanvarın 15-də yerli vaxtla səhər saatlarında Korrupsiyaya Qarşı Mübarizə Departamenti Yun Sok Yolu həbs edib. Bu həbs 48 saata hesablanıb və bu müddət ərzində hüquq-mühafizə orqanı növbəti həbsin zəruriliyi barədə qərar verməli olub. Məhkəmə işə şənbə günü yerli vaxtla saat 14:00-da başlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta