Yun Sok-Yolun həbs müddətinin uzadılması ilə bağlı prokurorların tələbi rədd edilib.
Seul Mərkəzi Dairə Məhkəməsi Cənubi Koreya prezidenti Yun Sok-Yolun həbs müddətinin fevralın 6-dək uzadılması ilə bağlı prokurorların tələbini rədd edib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.
Prokurorluq prezidentin həbs müddətinin fevralın 6-dək uzadılmasını xahiş edərək müvafiq vəsatət qaldırmışdı.